İraqda 140 nəfər koronavirusdan öldü

  • By admin
  • 21 May 2020 22:23

İraqda koronavirusa yoluxanların sayı artıb.

Gununsesi.org xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, son 24 saat ərzində 153 nəfərin COVID-19 testi müsbət nəticələnib. Ən çox yoluxma Bağdad şəhərində qeydə alınıb – 113 nəfər.

Eyni zamanda müalicə 2 843 xəstə sağalıb, 140 xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Ümumilikdə ölkə üzrə 3 877 nəfər koronavirusa yoluxub.

 

 

Gununsesi.org