İraqda 20-dən çox İŞİD terrorçusu məhv edilib

  • By admin
  • 20 Noyabr 2016 15:21

isid-ceteleri

 

Beynəlxalq anti-terror koalisiyasının aviasiyası İraqın Ənbar əyalətində İŞİD terror qruplaşmasının 20-dən çox yaraqlısını məhv edib.

Gununsesi.info xəbər verir ki, bu barədə general Qasim əl-Məhəmmədiyə istinadən “Əl Sumaria” telekanalı məlumat yayıb.

“23 İŞİD yaraqlısı terrorçuların iki qərargahına endirilən hava zərbələri nəticəsində zərərsizləşdirilib”, – deyə telekanal Əl-Məhəmmədinin sözlərini sitat gətirib.

 

Gununsesi.info