İraqda 6 terrorçu məhv edildi

  • By Mina
  • 07 Aprel 2024 16:29

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatının 6 silahlısını zərərsizləşdirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda, İraqın Metina və Qara bölgəsində terrorçuların aşkar edilərək hava əməliyyatı ilə məhv edildiyi bildirilib.

Türkiyə Silahlı Qüvvələri sərhədyanı əməliyyatlarını davam etdirir.

Gununsesi.info