İraqda 6 Türkiyə vətəndaşı olan qadına edam hökmü oxundu

  • By admin
  • 02 Aprel 2018 23:25

İraq məhkəməsi 6 Türkiyə vətəndaşı olan qadına edam hökmü çıxarıb.

Gununsesi.info xəbər verir ki, edam hökmünə məhkum olunmuş qadınlar İŞİD terror təşkilatı ilə əlaqədə ittiham olunurlar.

Xatırladaq ki, martın 1-də daha bir Türkiyə vətəndaşı olan qadın edam hökmünə məhkum olunub.

Başqa detallar açıqlanmır.

Qeyd edək ki, 2017-ci ildə İraqda İŞİD terror təşkilatı ilə əlaqədə ittiham olunan 38 xarici vətəndaş edam olunub.

Gununsesi.info