İraqda ABŞ əsgərlərinə növbəti silahlı hücum

  • By admin
  • 13 Fevral 2022 12:44

İraqda növbəti dəfə ABŞ-ın bu ölkədəki hərbi hissələrinə məxsus maşın karvanı silahlı hücuma məruz qalıb.

Gununsesi.info İraqın “Alfora news” xəbər agentliyinə istinadla xəbər verir ki, əs-Səmave bölgəsində yerləşən hərbi hissəyə ərzaq və digər ləvazimatlar aparan maşınlar silahlı hücuma məruz qalıb. ABŞ əsgərləri arasında tələfat olmasa da hərbi texnikaya böyük zərər vurulub.

Məlumatda bildirilib ki, son həftə ərzində İraqın Divaniyə, Səlah-əd-Din, Di-Kar bölgələrindəki hərbi hissələrə silahlı hücumlar olub.

Qeyd edək ki, İraq ictimaiyyəti, siyasi və dini qruplaşmalar ABŞ əsgərlərinin ölkədən çıxarılmasını tələb edirlər. Ötən il İraq parlamenti ABŞ hərbçilərinin ölkədən çıxarılmasını təmin edən qanun da qəbul edib.

Rəsmi Vaşinqton hərbçilərini İraqdan çıxarmağa söz versə də hələlik bu işi görməyə tələsmir ki, bu da İraqda narazılığa səbəb olur.

Gununsesi.info