İraqda ABŞ əsgərləri raket hücumuna məruz qalıb

  • By admin
  • 05 Yanvar 2022 23:23

İraqın Ənbar vilayətində ABŞ əsgərlərinin yerləşdiyi Ayn əl-Əsəd bazasına raket zərbəsi endirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə İraq Milli Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, Ayn əl-Əsəd bazasına 5 raket düşüb.

C-RAM hava hücumundan müdafiə sistemi işə salınaraq raketlər zərərsizləşdirilib.

Şahidlərin sözlərinə görə, hücum Hit şəhəri yaxınlığında eniş daşıyan avtomobildən həyata keçirilib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

 

 

Gununsesi.info