İraqda aksiya qurbanlarının sayı artdı

  • By admin
  • 03 Oktyabr 2019 09:49

Bağdadda və İraqın cənubunda həyat şəraitinin yaxşılaşdırılması tələbi ilə iki gündür hökumət əleyhinə keçirilən aksiyada bu gün 8 nəfər ölüb.

Gununsesi.org-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, ölənlərdən 1-i polis əməkdaşıdır. Daha 5 nəfər isə yaralanıb. Hökumət qüvvələri aksiyaçılara qarşı həqiqi güllələrdən, gözyaşardıcı qazdan istifadə edir.

Dünən polislə qarşıdurma zamanı isə 3 nəfər ölmüş, 100 nəfər yaralanmışdı. Artıq paytaxtda və ölkənin bir neçə şəhərində internet bağlantısı kəsilib.

Gununsesi.org