
İraqda davam edən aksiyalarda təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə toqquşma zamanı 4 nəfər aksiyaçı ölüb.
Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, ölüm faktı əl-Hilyani meydanında qeydə alınıb. Onların gözyaşardıcı qazdan, yaxud güllədən öldüyü dəqiqləşdirilir.
Qeyd edək ki, oktyabrın əvvəlindən Bağdadda hökumət əleyhinə kütləvi aksiyalar keçirilir.
Gununsesi.org