İraqda beş milyardlıq əməliyyat: Həbs olunanlar var

İraq hakimiyyəti Şimali İraqın Kərkük bölgəsində yük maşınında 5 milyard Suriya lirəsi ələ keçirib.

Gununsesi.info xəbər verir ki, bu barədə İraq Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, ölkənin şimalındakı Kərkük şəhərində həyata keçirilən əməliyyat çərçivəsində yük maşınına gizlədilən 5 milyard Suriya lirəsi ələ keçirilib.

Məlumata görə, yük maşınının sürücüsü və onun yanında olan şəxs həbs edilib.

 

Orxan

Gununsesi.info