İraqda etiraz aksiyaları zamanı ölənlərin sayı 113 nəfərə çatıb

  • By admin
  • 06 Oktyabr 2019 18:58

İraqda oktyabrın 1-dən davam edən xalq etirazları nəticəsində ölənlərin sayı 113 nəfərə çatıb.

Gununsesi.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli VAİD informasiya agentliyini bildirib.

Tibbi mənbələrə istinadən yayılan xəbərdə qeyd edilir ki, aksiyalar zamanı 4100-dən çox insan xəsarət alıb.

Ölənlər arasında 13 nümayişçi də var. Onlar şənbə günü Bağdad, əl-Divaniyə və əl-Nasiriyə şəhərlərində keçirilən aksiyaların gedişatında həlak olublar. Aksiyalarda xəsarət alan 200 zərərçəkən ağır vəziyyətdə xəstəxanadadır.

Etirazçılar hökumətin istefasını, ölkədə yaşayış səviyyəsinin yaxşılaşdırılmasını, səhiyyə, təhsil və əmək bazarındakı problemlərin həlli edilməsini, korrupsiya ilə mübarizə aparılmasını tələb edirlər.

 

 

Gununsesi.org