İraqda hərbi helikopter qəzaya uğradı – 2 pilot yaralanıb

  • By admin
  • 26 Sentyabr 2023 10:58
helikopter qəza iraq

İraqda təlim uçuşu həyata keçirən hərbi helikopterin qəzaya uğraması nəticəsində iki pilot yaralanıb. Qəza ilə bağlı araşdırmalara başlanıldığı bildirilib. 

Gununsesi.info xəbər verir ki, İraq Müdafiə Nazirliyindən yayılan yazılı açıqlamada İraq Hərbi Hava Qüvvələrinə aid hərbi helikopterin ölkənin cənubundakı Əl-Kut Hərbi Hava Bazasında qəzaya uğradığı qeyd edilib.

Açıqlamada helikopterin təlim uçuşu zamanı yaranan texniki nasazlıq səbəbindən qəzaya uğradığı, 2 pilotun yüngül xəsarət aldığı bildirilib.

Açıqlamada qəza ilə bağlı araşdırma aparıldığı bildirilib.

Səid Əhmədli
Gununsesi.info