İraqda hava limanına hücum: Ard-arda partlayışlar zamanı 6 nəfər öldü

  • By admin
  • 19 Sentyabr 2023 11:16

İraqda hava limanına hücum olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin şimalındakı Süleymaniyyə şəhərindəki hava limanına Pilotsuz Uçan Aparatla edilən hücum zamanı 6 nəfər ölüb.

Mətbuatın yazdıqlarına görə, şahidlər açıqlamasında hava limanında çoxlu sayda partlayış səslərinin gəldiyini bildiriblər.

Havaya dumanlar yüksəlib. Partlayışın olduğu yerə tibb işçiləri və təhlükəsizlik qüvvələri gəlib.

Təhlükəsizlik işçilərindən 4 nəfər yaralanıb. Qanlı hücum iki PUA ilə gerçəkləşdirilib.

Hava limanının əkinçilik məqsədli işlədildiyi və bir neçə ay öncə Amerikanın liderliyindəki koalisiya qüvvələri tərəfindən yenilənərək “Kürdüstan Yurdsevərlər Birliyi”nin tədris mərkəzi halına gətirildiyi bildirilir.

Olay yerli vaxtla saat 16:00 radələrində yaşanıb.

 

Tərcümə: Arzu

Gununsesi.info