İraqda koronavirusdan sağalanların sayı artıb

İraqda koronavirus epidemiyası başlayandan sonra gündəlik sağalanların ən yüksək həddi qeydə alınıb.

Gununsesi.org xəbər verir ki, ölkənin Səhiyyə və Ətraf Mühit Nazirliyinin “Facebook” səhifəsində paylaşılan açıqlamaya görə, son sutkada ölkədə 2 274 nəfər koronavirus xəstəsi sağalıb.

Eyni zamanda daha 2 229 nəfər COVID-19 virusuna yoluxub, 100 nəfər isə ölüb.

Bütövlükdə isə ölkədə koronavirusa yoluxanların ümumi sayı 79 735 nəfərə çatıb.

 

 

Gununsesi.org