İraqda ölənlərin sayı 200-ü keçib

  • By admin
  • 04 İyul 2016 11:55

iraq

 

İraqın paytaxtı Bağdad şəhərində baş verən terror aktının qurbanlarının sayının 200 nəfəri keçdiyi bildirilir. Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, əvvəlcə hadisə nəticəsində 165 nəfərin həlak olduğu, 168 nəfərin yaralandığı barədə məlumat yayılmışdı.

Qeyd edək ki, hadisə Bağdadın Əl-Karrad rayonunda baş verib. Belə ki, bomba yüklü avtomobil şiə müsəlmanların dini mərkəzi yaxınlığında dayandırılıb. Partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Daha sonra İraq paytaxtının şimalında bazar yaxınlığında ikinci partlayış törədilib.

İraq Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Saad Maan bildirib ki, paytaxtın Əl-Karrad rayonunda bazarda törədilən partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatının öz üzərinə götürb.

Gülnaz Qənbərli