İraqın paytaxtı Bağdadın müxtəlif nöqtələrində hәyata keçirilәn bombalı və silahlı hücumlar nәticәsindә 9 nəfərin öldüyü, 27 nəfərin isə yaralandığı bildirilir.
Gununsesi.info-nun “Akşam” qəzetinə istinadən xəbər verir ki, İraq təhlükəsizlik qüvvələrinin baş leytenant Nasir Əl-Hanun Türkiyənin Anadolu Agentliyinə açıqlama verərək bildirib ki, Bağdadın şərqində, Əl-Ubeydi bölgəsində şəxsiyyəti hələ məlum olmayan şəxs və ya şəxslər tərəfindən bomba yüklü maşınla hücum edilib, partlayıcının işə düşməsi nəticəsində 1nəfər ölüb, 6 nəfər isə yaralanıb:
“Mosulun Əl-Vahdə bölgəsindəki bir bazarda meydana gələn bir başqa bombalı hücumda 2 nəfər ölüb, 6 nəfər də yaralanıb.
İraqın Əbu Qureyb mahalının Tüccar prospektində meydana gələn digər bir hücumda isə 2 nəfər olüb, 8 nəfər yaralanıb.
Eyni zamanda, Əl-Gadir səmtində Şiə vətəndaşların təşkil etdiyi dini bir mərasimdə partlayıcı qurğunun partlaması nәticәsindә 1 nәfәr hәyatını itirib, 7 nәfәr dә yaralanıb.
Bundan başqa paytaxtın cənub-qərbində Hayyul Amil səmtində şəxsiyyəti hələ məlum olunmayan şəxs və ya şəxslər tərəfindən açılan atəş nəticəsində 1mülki vətəndaş həyatını itirib. Eləcə də Et-Talibiyye səmtində yol kənarında üzərlərində güllə izlərinə rast gəlinən 2 kişi cəsədin aşkar edilib”.
Anar
Gununsesi.info