İraqda spikerin iqamətgahına raket atıldı

  • By admin
  • 26 Yanvar 2022 09:11

İraq parlamentinin sədri Məhəmməd əl-Halbusinin Ənbar əyalətindəki iqamətgahına dörd raket atılıb.

Gununsesi.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, raketlərdən biri Qarma rayonunda parlament sədri Halbusinin iqamətgahı yaxınlığında düşüb.

Xatırladaq ki, İraq Ali Federal Məhkəməsi yanvarın 9-da Məclis sədrinin seçilməsinin qeyri-qanuni olması barədə etirazları etirazı rədd edərək, seçkinin qanuni olduğuna qərar verib. Halbusinin namizəd olduğu səsvermədə İrana yaxın şiə qrupları iştirak etməyib.

Gununsesi.info