
İraqın Anbar əyalətində partlayış baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Hadisa şəhərində qeydə alınıb.
Məlumata əsasən, bazarda minalanmış avtomobilin partladılması nəticəsində azı 5 nəfər ölüb, 6 nəfər yaralanıb.
Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Gununsesi.info