
İraqın Mosul şəhərində şadlıq sarayında baş verən yanğında yaralanan 20 nəfər müalicə üçün hərbi təyyarə ilə Türkiyəyə göndərilib.
Gununsesi.info xəbər verir ki, sentyabrın 26-da İraqın Mosul şəhərində əksəriyyəti xristian olan şadlıq sarayında baş verən və 114 nəfərin ölümünə səbəb olan yanğında yaralananlardan bəziləri müalicə üçün Türkiyəyə göndərilib.
İraqın baş naziri Məhəmməd Şia Sudaninin mətbuat xidmətindən verilən açıqlamada yanğında yaralanan 82 nəfərdən 20-nin hərbi təyyarə ilə İstanbul xəstəxanalarına çatdırıldığı bildirilib.
Əksəriyyəti xristianların olduğu Mosulun Hamdaniyyə rayonundakı şadlıq sarayında baş verən yanğına zalda istifadə edilən atəşfəşanlığın səbəb olduğu açıqlanıb.
Səid Əhmədli
Gununsesi.info