İraqda zəlzələ olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Kərkük şəhərində yaşanan təbiət hadisəsi 4,8 bal gücündə olub.
Gecə saatlarında yaşanan zəlzələ yerin 7 km. dərinliyində gerçəkləşib.
Zəlzələ Türkiyənin İraqla sərhəd şəhərlərində də hiss edilib.
Türkiyənin Fəlakət və Fövqəladə Durumların İdarəsi Qurumu (AFAD) zəlzələni təsdiq edib.
Tərcümə: Arzu