
Bağdadda “Həşdi Şabi” qruplaşmasına edilən hücuma görə ABŞ-ın rəhbərlik etdiyi İŞİD terror təşkilatına qarşı beynəlxalq koalisiya məsuliyyət daşıyır.
Gununsesi.info xəbər verir ki, bunu İraqın baş naziri Məhəmməd Şia Əl-Sudaninin hərbi mətbuat katibi general Yəhya Rəsul deyib.
Yəhya Rəsul vurğulayıb ki, praktiki olaraq terror xarakteri daşıyan hücum nəticəsində İraqın paytaxtında insanlar həlak olub.
General bildirib ki, “hökumətin verdiyi rəsmi sənədlər əsasında fəaliyyət göstərən “Haşdi Şabi” milislərinə hücum heç bir bəhanə ilə əsaslandırıla bilməz”.
“İraq Silahlı Qüvvələri hücuma görə koalisiya qüvvələrini məsuliyyət daşıyır” deyən sözçü, bu hadisənin İraq Silahlı Qüvvələri ilə İŞİD-ə qarşı beynəlxalq koalisiya arasında bütün razılaşmaları pozduğunu bildirib.
İraq təhlükəsizlik qüvvələri Bağdadda hava hücumlarına məruz qalan “Həşdi Şabi” logistika dəstək ofisinin ərazisində tədbirləri artırmağa başlayıb.
Bundan əvvəl ABŞ-ın İraq paytaxtına endirdiyi aviazərbələr nəticəsində “Həşdi Şabi” qüvvələrinin komandir müavini Əbu Təqva əl-Səidinin öldürüldüyü bildirilib.
Gununsesi.info