

ABŞ vətəndaşları bu ölkəyə buraxılmayacaq.
Gununsesi.info Al Sumaria telekanalına istinadən xəbər verir ki, İraq parlamenti Donlad Trampın müsəlmanların Amerikaya buraxılmaması ilə bağlı qərarını müzakirə edərək cavab addım atıb. İraq parlamenti müsəlmanlrın 90 gün müddətində Amerikaya buraxılmayacağı təqdirdə, ABŞ vətəndaşlarının da İraqa 9- gün müddətində girişi qadağan olunmasə barədə qərar verib.
Bununla yanaşı İraq parlamenti BMT və Ərəb ölkələri Liqasını Donlad Trampın bu mövqeyinə qarşı sərt münasibət sərgiləməyə çağırıblar.
İraqlı parlamentarilər eyni zamanda İslam Əməkdaşlıq Təşkilatına D.Trampın bu qərarının müsəlman ölkələrinə hansı formada təsiri ilə bağlı təcili toplantı keçirməyə səsləyiblər.
İraqın xarici işlər naziri də Ağ Evə müraciət edərək D.Trampın bu səhv qərarına yenidən baxaraq dəyişiklik etməsini təklif edib.
İraqlı nazir deyib ki, İraqla Amerika münasibətlərin möhkəmlənməsində maraqlı olduğu halda, belə bir qərar ikitərəfli münasibətlərə kölgə salır. Belə bir mövqe radikal dini qruplaşmalara qarşı mübaizədə öz mənfi təsirini göstərir.
Qeyd edək ki, Tramp yanvarın 27-də İran, İrak, Yəmən, Suriya, Liviya, Somali və Sudan vətəndaşlarının qarşıdakı 90 gün müddətində xarici terroristlərin Amerikaya qaçqın kimi girişini qadağan edən bir fərman imzalayıb.
Gununsesi.info