Mosul İŞİD-dən təmizlənsə belə, ABŞ qüvvələri İraqı tərk etməyəcək.
Axar.az xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Eşton Karter “Vaşinqton Post”a açıqlamasında deyib.
Pentaqon rəhbərinin sözlərinə görə, ABŞ liderliyindəki koalisiya indiki məqamda İraqı tərk edə bilməz:
“Əməliyyatların Trampın prezident postunu tutana qədər sona çatacağı böyük ehtimalla mümkündür. Amma bu, çox çətin bir mübarizə olacaq. Açıqca görünür ki, hava problemləri var. İraq təhlükəsizlik qüvvələri də əməliyyatara hazırlığı davam etdirir”.
Gununsesi.info