
İraqın paytaxtı Bağdadda 28 May – Müstəqillik Günü münasibətilə ən hündür binalarından birində Azərbaycan bayrağı proyeksiya edilib.
Gununsesi.info -nun verdiyi xəbərə görə, bu barədə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov “X” hesabında paylaşım edib.
“Azərbaycan Respublikasının milli bayramı, 28 May – Müstəqillik Günü münasibətilə Bağdadın ən hündür binalarından birində dövlət bayrağımız işıqlandırılır. Təşəkkürlər İraq!”, – deyə paylaşımda qeyd olunub.