İraqın baş naziri: “ABŞ rəhbərlik etdiyi qüvvələr İraqdan çıxarılmalıdır”

  • By ilhame
  • 18 Yanvar 2024 23:08

“ABŞ-nın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin İraqdan çıxarılması respublikanın sabitliyini və təhlükəsizliyini qorumaq üçün zəruridir”.

 

Gununsesi.info xəbər verir ki, bu sözləri İraqın baş naziri Məhəmməd əl-Sudani İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda bildirib.

 

“Biz İraqda koalisiya qüvvələrinin buraxılması prosesinə dərhal başlamaq istəyirik, çünki onların çıxarılması ölkəmizdə təhlükəsizliyin və sabitliyin qorunması, habelə koalisiyaya üzv ölkələrlə konstruktiv münasibətlərin davam etdirilməsi üçün lazımdır”, – hökumət başçısı vurğulayıb.

 

O, beynəlxalq alyans qüvvələrinin İŞİD üzərində qələbəyə mühüm töhfə verdiyini və İraqın müttəfiqlərinin köməyini yüksək qiymətləndirdiyini qeyd edib. Bununla belə, hazırda əl-Sudani qeyd edib ki, İŞİD artıq İraq üçün təhlükə yaratmır və buna görə də ölkədə koalisiya silahlı qüvvələrinin mövcudluğu üçün əsaslar ortadan qalxıb.

 

Gununsesi.info