İraqın Baş naziri etirazçılara qarşı xüsusi qüvvələrin göndərilməsini tapşırıb

  • By admin
  • 27 Oktyabr 2019 11:39

İraqın Baş naziri Adel Abd əl-Mehdi ölkədə davam edən hökumət əleyhinə etirazlar fonunda Bağdad küçələrində elit antiterror xüsusi qüvvələrinin yerləşdirilməsini əmr edib.

Gununsesi.org-un məlumatına görə, bu barədə “Reuters” agentliyi bildirib.

Qeyd edilir ki, İraqın Baş naziri İraqın elit terrorla mübarizə xidməti komandirinə Bağdaddakı etirazlara son qoymaq üçün “bütün lazımi tədbirləri görməyi” tapşırıb.

İraqın hüquq müdafiəçiləri şənbə günü ölkədə iki gün davam edən hökumət əleyhinə etiraz aksiyalarında 63 nəfərin öldüyünü, iki yarım mindən çox insanın yaralandığını bildirib.

 

Gununsesi.org