
Amerikanın keçmiş Xarici İşlər Naziri Con Kerri qalmaqallı açıqlamalar verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Fransa televiziyasına verdiyi açıqlamasında 2003-cü ildəki İraq işğalının bir yalana söykəndiyini söyləyib.
Kerri bunun bir hücum savaşı olması fikrini rədd etdi.
Ukrayna savaşının İraq müharibəsindən tam fərqli olduğunu bildirən Kerri jurnalistin İraqın kütləvi qırğın silahlarına sahib olması və Əl-Qaidə terror təşkilatı ilə əlaqəsinin olması ilə bağlı sualı ilə bağlı deyib:
“Xeyr, xeyr. O zaman bunun bir yalan olduğunu bilmirdik. Emal edilən dəlillərlə bilrikdə insanlar bunun bir yalan olduğunu anlaya biləmdi”.
Amerikanın İraqa müdaxiləsi ilə bağlı isə Kerri daha sonra bunları söyləyib:
“Yanlış bir şey olduğunu düşündüm, fəqət yetkini Prezidentə verdik, əfsuslar ki. İşğal bir yalan üzərində quruldu. Bunun yalan olduğunu anladığımızda, adamlar ayağa qalxdı və doğru olanı etdi”.