
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatının 4 silahlısını zərərsizləşdirib.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
İraqın şimalındakı Metina bölgəsində aşkarlanan terrorçular hava əməliyyatı ilə zərərsizləşdirilib.
Türkiyə Silahlı Qüvvələri sərhədyanı əməliyyatlarını davam etdirir.
Mina
Gununsesi.info