İraqın şimalında Türk Silahlı Qüvvələrinin əsgərlərinin şəhid olmasından sonra başladılan hava əməliyyatı nəticəsində terrorçulara məxsus 29 hədəf yox edilib.
Gununsesi.info xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
“PKK/YPG/KCK və digər terror ünsürlərini zərərsizləşdirərək İraq və Suriyanın şimalından xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyimizi təmin etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqlarımıza uyğun olaraq, yanvar ayı saat 00.30-da İraqın şimalında və Suriyanın şimalında Metina, Hakurk, Qara və Qəndil bölgələrində terrorçu hədəflərə qarşı Hava əməliyyatları həyata keçirilib. Təşkilat (BTÖ) tərəfindən istifadə edilən mağaralar, bunkerlər, sığınacaqlar və neft obyektlərindən ibarət olan və terrorçulara məxsus hesab edilən 29 hədəf məhv edilib”, – deyə açıqlamada bildirilib.
“Bu əməliyyatlarda çox sayda terrorçu yerli və milli sursatdan maksimum istifadə edilərək zərərsizləşdirilib. Soylu millətimizin qəlbindən çıxan Türk Silahlı Qüvvələri keçmişdə olduğu kimi ölkəmizin və millətimizin yaşaması və təhlükəsizliyi üçün son terrorçu zərərsizləşdirilənə qədər terrora qarşı mübarizəni qətiyyət və əzmlə davam etdirəcək. Bu əməliyyatlar zamanı “Günahsız insanlara, dost bildiklərimizə, tarixi-mədəni sərvətlərə və ətraf mühitə zərər vurmamaq üçün bütün tədbirlər görülüb”, – açıqlamada həmçinin qeyd olunub.