İraqın xarici işlər naziri koronavirusa yoluxub

  • By admin
  • 30 Yanvar 2022 18:33

İraqın xarici işlər naziri Fuad Hüseyn koronavirusa yoluxub, lakin sağalıb və tezliklə işə qayıdacaq.

Gununsesi.info bildirir ki, bu barədə “Al Sumaria” telekanalına nazirliyin rəsmi nümayəndəsi Əhməd əl-Səhhaf məlumat verib.

Məlumata görə, artıq bəzi xəbər agentlikləri nazirin koronavirusa yoluxması səbəbindən Ərəb Liqası xarici işlər nazirlərinin Küveytdə çağırılan məşvərət toplantısında iştirak etməyəcəyini bildiriblər. Lakin rəsmi nümayəndə bildirib ki, vəziyyət yaxşıdır:

“Sizi əmin edə bilərik ki, onun vəziyyəti yaxşıdır, sağalır və yaxın vaxtlarda fəaliyyətini bərpa edəcək”.

 

 

Gununsesi.info