İrina Zaretska finala yüksəldi – FOTO

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Gununsesi.info xəbər verir ki, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı yarımfinalda çinli Qonq Li ilə üz-üzə gəlib.

HTML tutorial

Rəqibinə 3:2 hesabı ilə qalib gələn Zaretska finala yüksəlib.

xxx

13:36

Azərbaycan karateçisi İrina Zaretskanın Tokio Olimpiadasının yarımfinaldakı rəqibi müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, 61 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız qızıl medala gedən yolda çinli Qun Li ilə qarşılaşacaq.

Qrup mərhələsində İ.Zaretska ilk döyüşündə Yaponiya idmançısı Ayumi Uekusaya 4:1 hesabı ilə qalib gəlib. Növbəti görüşündə italiyalı Silvia Semerarodan üstün olub – 3:2. Üçüncü görüşdə idmançımız qazaxıstanlı Sofiya Berultsevaya 4:5 hesabı ilə uduzub. Sonuncu döyüşdə idmançımız türkiyəli Məltəm Hocaoğlunu 4:0 hesabı məğlub edib.

Qrupda keçirdiyi görüşün 3-də qələbə qazanan və 1 qarşılaşmada uduzan İ.Zaretska 6 xalla qrup birincisi kimi yarımfinala adlayıb. Bununla da o, ən azı bürünc medalı təmin edib.

xxx

11:57

Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında 6-cı medalı təmin edib.

Publika.az-ın məlumatına görə, buna 61 kq-dan yuxarı çəkidə çıxış edən qadın karateçi İrina Zaretska nail olub.

Dünya çempionu A qrupundakı 3 görüşünü qələbə ilə başa vuraraq, yarımfinala yüksəlib.

Bununla da 25 yaşlı idmançı ən azı bürünc medalı təmin edib.

Gununsesi.info