İrina Zaretska növbəti dəfə dünya çempionu oldu

  • By ilhame
  • 28 Oktyabr 2023 16:44

Azərbaycan karateçisi İrina Zaretska (68 kiloqram) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Gununsesi.info xəbər verir ki, o, finalda İsveçrə təmsilçisi Yelena Quriç ilə üz-üzə gəlib. Rəqibinə 4:3 hesabı ilə qalib gələn Azərbaycan təmsilçisi üçqat dünya çempionu olub.

Qeyd edək ki, İrina Zaretska 2018 və 2021-ci illərdə keçirilən dünya çempionatlarında da qızıl medala layiq görülüb.

Gununsesi.info