İrkutskda alkoqoldan kütləvi zəhərlənmə nəticəsində 5 nəfər ölüb

  • By admin
  • 18 Dekabr 2016 18:27

intihar-5

 

Rusiyanın İrkutsk vilayətində alkoqollu içkidən kütləvi zəhərlənmə baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, 10 nəfər alkoqollu içkidən zəhərlənib. Onlardan 5-i ölüb, 5 nəfər isə komadadır.

“Tibbi mütəxəssislərin ilkin rəyinə görə, zərərçəkənlər naməlum zəhərdən kəskin kimyəvi zəhərlənməyə məruz qalıblar. Onların hamısı bir gün əvvəl spirt tərkibli surroqat maye istifadə edib”, – deyə Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

Nazirliyin məlumatına görə, hazırda onlardan 5-i komadadır. Zərərçəkənlərə tam tibbi yardım göstərilir. Zəhərlənənlərin müalicəsinə İrkutsk Toksikoloji Mərkəzinin baş toksikoloqları və narkoloqları cəlb edilib.

“Zərərçəkənlərdən 5-i dünyasını dəyişib” – deyə məlumatda qeyd edilir. Xəstələrdən kimyəvi-teksikoloji ekspertiza nümunələri götürülüb.

Zəhərlənmə ilə bağlı məlumat hüquq-mühafizə orqanlarına göndərilib.

Gununsesi.info