Rusiyanın İrkutsk vilayətində spirt tərkibli kosmetik vasitə olan “Boyarışnık” maddəsindən zəhərlənərək ölənlərin sayı 60-a çatıb.
Gununsesi.info-nun “İnterfax”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin regional nümayəndəsi Tatyana Şkurskaya bildirib.
Hazırda xəstəxanalarda 40 nəfər həkim nəzarəti altındadır, beş nəfər artıq evə buraxılıb.
Kütləvi zəhərlənmə ilə bağlı 11 nəfər həbs olunub, 100-dək şəxs şahid qismində dindirilib.
Qeyd edək ki, dekabrın 17-də İrkutska saxta “Boyarışnık” maddəsindən kütləvi zəhərlənmə baş verib. Yerli səhiyyə xidməti bildirib ki, zəhərlənməyə vanna üçün nəzərdə tutulmuş maddənin tərkibindəki metanol səbəb olub. Halbuki maddənin etiketində tərkibində etil spirti olduğu qeyd edilib.
Faktla bağlı cinayət işi başlanılıb. Regionda fövqəladə vəziyyət, dekabrın 21-i isə matəm günü elan olunub.
***
Rusiyanın İrkutsk şəhərində spirt tərkibli “Boyarışnık” içkisindən zəhərlənərək ölənlərin sayı 63 nəfərə çatıb.
RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin regional nümayəndəsi Tatyana Şkurskaya bildirib.
«Bu gecə daha bir nəfər dünyasını dəyişib, hadisə ilə əlaqədar zərərçəkənlərin sayı 109 nəfərə çatıb. Hazırda xəstəxanalarda 37 nəfər həkimlərin nəzarəti altındadır”- deyə, T.Şkurskaya bildirib.
***
Rusiyanın İrkutsk şəhərində spirt tərkibli “Boyarışnık” içkisindən zəhərlənərək ölənlərin sayı 71 nəfərə çatıb.
Məlumata görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin region üzrə nümayəndəsi Tatyana Şkurskaya bildirib. Onun sözlərinə görə, ümumilikdə konsentratdan 117 nəfər zəhərlənib. 36 nəfər isə stasionar müalicədədir.
Gununsesi.info