İrlandiya İsveçlə bərabərə qaldı - VİDEO

  • By admin
  • 13 İyun 2016 21:56

Sweden supporters react after Ireland's Ciaran Clark, on the ground, scored an own goal during the Euro 2016 Group E soccer match between Ireland and Sweden at the Stade de France in Saint-Denis, north of Paris, France, Monday, June 13, 2016. (AP Photo/Martin Meissner)

 

“Avro-2016”nın qrup mərhələsində I turun oyunları davam edir.
Gununsesi.info xəbər verir ki, bu gün E qrupunun oyunları keçirilir.

Günün ilk matçı “Stad de France”da oynanılıb. Burada İrlandiya və İsveç milliləri üz-üzə gəlib. Bu görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydandan 1 xalla ayrılıb – 1:1.

Digər qarşılaşmada isə İtaliya və Belçika yığmaları münasibətlərinə aydınlıq gətirəcək. Lion şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

13 iyun

E qrupu

20:00. İrlandiya – İsveç – 1:1
Qollar: Uesli Holahan, 48 (1:0), Kiran Klark, 71-avtoqol (1:1)
Baş hakim: Milorad Majiç
Yan xətt hakimləri: Milovan Ristiç, Dalibor Curceviç
Əlavə köməkçi-hakimlər: Danilo Qruyiç, Nenad Cokiç (hamısı Serbiya)
Sent-Deni. “Stad de France”

23:00. Belçika – İtaliya
Baş hakim:
Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi-hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Lion. “Stade de Lion”