İrlandiya Senatının Başçısı Lisa Chambers: İrana dəyişiklik gəlməkdədir

  • By admin
  • 15 İyul 2023 10:54

Fransanın paytaxtı Paris şəhərində Azad İran Dünya Zirvəsində planetin dörd yanından tanınmış siyasətçilər, hökumət adamları və keçmiş Prezidentlər iştirak edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İran Milli Dirəniş Şurasının qərargahında gerçəkləşdirilən toplantıya İrlandiya Senatının Başçısı Lisa Chambers də qatılıb.
Öz çıxış nitqinə hər kəsə xoş günlər arzulayaraq başlayan İrland Chambers tədbirə qatılmaqdan zövq aldığını və ölkəsindən olan Qerri Horkan, Cim Hiqqins və Diarmuid Vilson və Aidan David kimi keçmiş senatorların da orada iştirak etdiyini vurğulayıb.

İrland Baş senator  ölkəsinin İranda keçirilən etirazların basqı altına alınması və yatırılmasını qınadığını bildirib. O, İran rəsmilərini ifadə azadlığı və sərbəst toplaşma hüququna hörmətlə yanaşmağa çağırdıqlarını söyləyib.

Ölkəsinin İrandakı insan haqları pozuntularını araşdırmaq və hesabatlamaq üçün missiya qurduqlarını və özəl bir toplantıya sponsorluq etdiyini söyləyən Lisa çıxışında etirazçılara yönəlik davranışların qəbuledilməzliyini və ağır cəza və işgəncələri qınadıqlarını dilə gətirib.
İrlandiya rəsmisi məhdudlaşdırıcı addımlarla İranda 200-dən çox adam və 30-dan çox quruma əngəlləmələr gətirdiklərini bildirib. Məhza Əmini etirazlarında qadın və uşaq haqlarına aid pozuntularla bağlı İran xalqını maraqlandıran qanun təklifini səsvermə ilə qəbul etdiklərini söyləyən Lisa Chambers həmin hüquqi sənəddə qəddar və acımasız davranışları, internetə girişləri məhdudlaşdıran qərarların yer aldığını açıqlayıb.
Lisa daha sonra azadlıq mübarizəsində özlərini, ailələrini, sağlamlıqlarını və təhlükəsizliklərini fəda edən ilham verici İran qadınlara özəl bir anma duruşunda dayanıb. Azad və demokratik İrana vurğu edib. İran siyasətində qadınların və qızların həyatın bütün sahələrində qatılmasının önəmini söyləyib.

İrandakı etirazçı gənclərin davranışlarının təsirləndirici olduğunu deyən Lisa Chambers hər cür basqılara qarşı cəsarət və dirənişin göstərilməsini vurğulayıb. Hazırlanan 10 maddəlik planı dəstəklədiklərini dilə gətirən İrland siyasətçi hökumətin etirazları yatırtmaqda bacarıqsız olduğunu bildiirb. Gəldiyi toplantıda məqsədlərinin İrlandiya siyasətilərinin yanlarında olduğunu açıqlayan Lisa çıxış nitqini təşəkkürlə biitrib.

 

Tərcümə: Arzu

Gununsesi.info