İrsail ordusu Qəzzada vərəqələr yaydı: “Girovların yerini söyləsəniz…” – FOTO

İsrail ordusunun Qəzzaya qarşı hava hücumları 18-ci gündür ki, davam edir.

Gununsesi.info xəbər verir ki, münaqişənin 18-ci günündə İsrail ordusu Qəzzada vərəqələr yayıb. Sosial mediada yayılan fotolarda İsrailin Qəzza tərəfinə “Girovların yersini söyləsəniz, sizi vurmayacağıq” yazısı göndərdiyi görülüb.

“Özünüz və övladlarınız üçün daha yaxşı gələcək istəyirsinizsə, bir yaxşılıq edin və yaşadığınız ərazidə qaçırılanlar haqqında faydalı məlumat göndərin. İDF (İsrail ordusu – red.) sizin təhlükəsizliyinizi və evlərinizin təhlükəsizliyini təmin etmək üçün hər cür səy göstərəcək”, – deyə vərəqələrdə qeyd edilib.

Səid Əhmədli
Gununsesi.info