İşə düzəltmək adı altında vətəndaşları aldadan şəxs tutuldu - FOTO

  • By Günel
  • 11 Fevral 2025 09:27

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq edən, 31 yaşlı Valeh Əliyev saxlanılıb. 

Gununsesi.info xəbər verir ki, o, 20-ə yaxın zərərçəkəni işə düzəltmək adı altında aldadaraq 30 min manatdan çox maddi vəsaiti ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, V.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Gununsesi.info