Pakistanın Pəncab əyalətinin Lahor şəhərində polis 90 nəfərin böyrəyini satan dəstənin 3 üzvünü yaxalayıb.
Gununsesi.info bildirir ki, yerli KİV-də dərc edilən xəbərə görə, Lahor polis rəisinin müavini Səddar Sidra Xan mətbuata verdiyi açıqlamada kəndlərdə yaşayan yoxsulları iş verəcəyi vədi ilə aldadaraq böyrəklərini satan 3 dəstə üzvünün tutulduğunu açıqlayıb.
Xan dəstə üzvlərinin əvvəlcə işləmək vədi ilə kəndliləri İslamabada gətirdiyini bildirib. “Burada kəndlilər məcburi tibbi müayinədən keçirilib və xaricdə işləmək üçün xüsusi fermada böyrəkləri çıxarılıb”, – deyə o əlavə edib.
Dəstənin böyrəyini 2,5-5 milyon rupi (8 min 800-17 min 700 dollar) civarında zəngin insanlara satdığını bildirən Han, qurbanların iqtisadi cəhətdən imkansız qruplar olduğuna diqqət çəkib. Han indiyə qədər 90 nəfərin böyrəyinin satıldığını müəyyən etdiklərini və əməliyyatı edən həkimlərin də çağırıldığını bildirib.
Oktyabrın 3-də Lahorda 328 nəfərin böyrəyini satan dəstə üzvləri yaxalanıb.
Gununsesi.info