İşə gedən müəlliməni it dişləyib

İşə gedən müəlliməni it dişləyib

Şəkidə işə gedən müəlliməni sahibsiz it dişləyib.

Gununsesi.info xəbər verir ki, bu gün 07:30 radələrində Şəki şəhəri Emin Sabitoğlu küçəsi ev 21 ünvanında yaşayan 1977-ci il təvəllüdlü Xəyala Abid qızı Qədirbəyova it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan bildirilib ki, Şəkidəki ümumtəhsil məktəblərinin birində müəllim işləyən Xəyala Qədirbəyova işə gedərkən küçədə sahibsiz itin hücumuna məruz qalıb. Nəticədə it Xəyala Qədirbəyovanın sağ baldır nahiyəsindən dişləyib. Xəyala Qədirbəyovaya lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra evə buraxılıb.

Gununsesi.info

COMMENTS