“İşə götürəndə birinci soruşurdum, “bakirəsən?” – prodüserin qalmaqallı çıxışı

  • By admin
  • 25 Noyabr 2017 15:22


Prodüser Zaur Kazımov “Lider” kanalında yayımlanan “Status” verilişindəki açıqlaması ilə gündəm olub.

Axşam.az xəbər verir ki, Murad Arifin verilişində qonaq olan prodüser aparıcı olmaq istəyən xanımlarla bağlı qalmaqallı fikirlər səsləndirib. Zaur canlı yayımda radioda aparıcı olmaq istəyən xanımların işə qəbulu zamanı onlardan bakirə olub-olmadıqlarını soruşduğunu deyib:

“Mən əvvəllər aparıcı ilə müsahibə edəndə onlara birinci verdiyim sual sizi şoka salacaq. Soruşurdum “bakirəsən, ya yox?” “Bakirəyəm” deyirdisə, cavab verirdim ki, bağışla, səninlə işləyə bilmərəm. Bu adam evlənməli, boşanmalı, övlad sahibi olmalıdır. Ən azı 10-15 ölkədə gəzməlidir, görməlidir. Yaşı yüksək olsa yaxşıdır. Radioda normal aparıcının yaşı 40+ olmalıdır”.

Gununsesi.info