İş məsələlərində çox olmasa da, rast gəlinən bir problem də budur.
Bəzən distant işləyən işçi razılığı olmadan iş metodu dəyişdirilir.
Bu isə ani problemlərə yol açır.
Bəs qanun bu barədə nə deyir?
Hüquqşünas Şamil Paşayev Gununsesi.info-ya bildirib ki, Əmək Məcəlləsinin son dəyişikliklərinə (2025-2026) əsasən, distant (remote) iş müqavilədə göstərildikdə, işəgötürən işçinin yazılı razılığı olmadan ofis rejiminə keçirə bilməz.
O, həmçinin deyib:
“Pozuntu halında işçi Əmək Müfəttişliyinə şikayət edə bilər və kompensasiya tələb edə bilər”.
Orxan
Gununsesi.info











