İş adamı Gürcüstanda yol qəzasında öldü

  • By admin
  • 25 Noyabr 2016 12:44

yollllllllllllllllllllllllllllllllll

Azərbaycanlı iş adamı Gürcüstanda yol-nəqliyyat hadisəsində ölüb.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, hadisə Gürcüstanın Qori şəhərində qeydə alınıb. Zaqatala rayonu, Yuxarı Tala kənd sakini, 1961-ci il təvəllüdlü Sabir Məmməd oğlu Şabanov idarə etdiyi “İsuzu” markalı avtomobillə qəza törədib. Nəticədə sürücü aldığı xəsarətdən ölüb. Avtomobilində olan sərnişin isə xəsarət alıb.

Qeyd edək ki, S. Şabanov iş adamıdır. O, Zaqatalada bizneslə məşğul olub.

Gununsesi.info