Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov Türkiyədə “Palmali” Holding şirkətinin gəmilərinin birində işə başlayacaq. Bu barədə anews.az-a şirkətdən məlumat verilib.
“Növbəti həftənin birinci günündən etibarən Sənan Əhmədov Bakıda gəmiçilik kurslarını oxumağa başlayacaq. Altı alyıq kurs müddəti bitdikdən sonra isə Türkiyəyə dəvət olunaraq “Palmali” şirkətinə məxsus gəmilərdən birində işləyəcək. Sənan Əhmədovun xərcləri şirkət tərəfindən ödəniləcək”, – şirkətdən bildirilib.
Əldə etdiyimiz məlumata görə bu təşəbbüs iş adamı Mübariz Mənsimov gəlib.
Sənan Əhmədov anews.az-a açıqlama verərək bildirib ki, iş təklifini qəbul edib vu bu yaxınlarda kurslara başlayacaq.
“Təklifi qəbul etmişəm. Həftənin birinci günü mənimlə əlaqə saxlayacaqlar. Nə etməli olduğumu deyəcəklər. Dənizçilik üçün kursu Bakıda keç desələr, altı aylıq kursu Bakıda keçəcəm, Türkiyəyə çağırsalar orda kurs keçəcəm. Bir müddət türkiyəyə tək getməyi planlaşdırmışam. Ailə ilə çətin olar. İşimi qurandan sonra ailəmi də aparacam”, – Sənan Əhmədov açıqlayıb.
“Palmali” şirkətinə məxsus növbəti gəmi şəhid Səbuhi Əhmədovun adını daşıyacaq. Bununla bağlı şəhidin qardaşı bu yaxınlarda gəminin yola salınması üçün Türkiyəyə dəvət olunacaq.