
“Biofast” holdinqin prezidenti, braziliyalı iş adamı Rogerio Saladino oğurluğu araşdırmaq üçün gələn gizli polis əməkdaşını güllələyib və öldürüb. Polislə toqquşmada Rogerio Saladino və onun mühafizəçisi də həyatını itirib.
Gununsesi.info xəbər verir ki, bu faciəvi hadisə polisin oğurluğu araşdırmaq üçün Saladinonun evinə gəlməsi ilə başlayıb. Lakin iş adamı hadisəni “tələ” kimi qəbul edib və evindən silahla çıxıb və polis əməkdaşı Milene Baqalho Estevama atəş açıb. Milenenin həmkarı iş adamını dayandırmaq üçün cavab atəşi açıb, lakin bu qarşıdurmada Saladino və polis məmuru Milene, həmçinin evin mühafizəçisi Aleks Ceyms Qomes Muri həlak olub.
DEIC direktoru Fabio Pinheiro Lopesin sözlərinə görə, polis məmurları Saladinonun evinə bitişik bir evdə bir gün əvvəl baş vermiş oğurluğu araşdırırdı. Polis əməkdaşları təhlükəsizlik kameralarının köməyi ilə bu hadisəni həll etməyə çalışıb və ev sahibindən görüntüləri əldə etməyi tələb ediblər. Lakin iş adamı hadisəni şübhəli görüb və polisə atəş açıb. Hadisə yerində iş adamının evində keçirilən ziyafətdə müxtəlif növ narkotik vasitələrin tapıldığı müəyyən edilib.
Polis məmuru Milene Baqalhonun qəfil itkisi dostlarını məyus edib. DEIC direktoru Fabio Pinheiro Lopes Milenenin bölmənin ən uğurlu polis zabitlərindən biri olduğunu söyləyib. “Policia Civil”in baş direktoru Artur Dian da Milenenin nümunəvi bir polis əməkdaşı olduğunu vurğulayı və faciəvi hadisənin verdiyi itkini “inanılmaz” adlandırıb.
Gununsesi.info