İş adamı vətəndaşın ittihamlarına cavab verdi - MÖVQE

  • By admin
  • 30 Noyabr 2022 21:45

“Azİmport” şirkətinin direktoru Azər Əsgərov Gununsesi.info-nun onun haqqında vətəndaş Kamal Akimovun şikayətinə əsasən dərc edilmiş  “Baş nazirin şəriki kompensasiyasını ödəmədiyi şəxsi həbs etdirir – DÜNYA ÇEMPİONU DÖYÜLMƏKDƏN “QORXUB” başlıqlı yazıya münasibət bildirib. 

Qeyd edək ki, vətəndaş iş adamını onun əmlakını ələ keçirməkdə və onun dəyərini sonadək ödəməməkdə ittiham edib.

Kamal Akimov həmçinin, şikayətində bildirib ki, öz haqqını tələb etdiyi üçün Azər Əsgərov ona Cinayət Məcəlləsinin 182 ci maddəsi (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi açdırıb.

Qeyd edək ki, həmin yazıda Azər Əsgərovun münasibətini öyrənməyə çalışsaq da lakin o, işin məhkəmədə olduğunu əsas gətirib, danışmaqdan imtina etmişdi.

Bu materialın dərcindən sonra  isə Azər Əsgərov Kamal Akimovun onun haqqında yazdıqlarına  münasibət bildirib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, Azər Əsgərovun cavab haqqını təqdim edirik:

Birinsici, mənim cənab baş nazir Əli Əsədovla hər hansı şərikliyim yoxdur. Mən Bakı şəhərində dənizkənarı milli parkı,  orta məktəbləri tikmişəm. Əli Əsədov da aidyyatı şəxs kimi gəlib, maraqlanıb, göstərişlərini verib.

Bundan o yana hər hansı iş birliyindən söhbət gedə bilməz. Bu haqda mətbuatda yazırlar, amma bu iddialar sübutsuzdur”.

Kamal Akimovun tələbinə gəlincə,  Azər Əsgərov deyir ki, o, həmin ərazini almayıb və sadəcə podratçı şirkət olaraq, tikintini həyata keçiriblər: “Bu proses illərdir ki, davam edirdi. Mən onun şantajlarından, təhidlərindən cana doymuşdum. Onun mətbuat vasitəsi ilə bu cür hücumlara keçməsi özünümüdafiədir. Amma əmin olsun ki, bu cür üsullar onu haqlı çıxarmayacaq. Məsələnin digər tərəfinə gələk, ona 500 min dollar ödənilib. Elə hazırki qiymətləri götürək, “Çıxarış”da onun sahəsi 128 kv m olub. 500 min dolları böləndə onun bir kv metrinə görərik ki, o dövrün qiymətləri ilə bir neçə dəfə bahadır.  Amma yenə də əl çəkmədi. Məhkəmədə çox faktların üstü açılacaq. Orada bilinəcək ki, ərazini kim alıb, kim satıb, kim inşa edib. Mən bildirmək istəyirəm ki, oranı başqa bir fiziki şəxs alıb və mən ancaq podratçı şirkət olaraq orada olmuşam”.

“O zaman siz nədən Kamal Akimova 500 min dollar verirdiniz” sualına isə Azər Əsgərov belə cavab verib: “Bu o zaman idi ki, məni Eldar Mahmudovun adamları ölümlə təhdid edirdilər. Məni o zaman dəfələrlə MTN-nə apardılar, 6 gün orada qalmışam. Sizi də ailənizlə-uşağınızla təhdid etsəllər , bunu edərdiniz. Kamal Akimov bütün günü MTN -də məndən şikayət yazırdı. Bundan başqa Dağıstandan olan kriminal dairələrlə uşağımı oğurlatmaqla hədələyirdi”.

 

 

Gununsesi.info