İş adamının ittihamlarına cavab gəldi

  • By admin
  • 06 İyul 2018 15:00

“Güllübulaq” MMC barədə bu gün bəzi KİV orqanlarında “Azərbaycanda görünməmiş olay-Vergilər Nazirliyinin yüksək vəzifəlisi sahibkarın əmlakını əlindən alıb” başlıqlı xəbərə reaksiya verilib.

Yazı ilə əlaqədər “Güllübulaq” MMC-nin hazırkı direktoru tərəfindən saytımıza açıqlama daxil olub.

Açıqlamada qeyd edilir ki, “Güllübulaq” MMC sahibi kimi özünü təqdim edən şəxs “Güllübulaq” MMC-nin sahibi deyil. Hazırda biri Türk Vətəndaşı olmaqla (əsas sahib 50%) üç təsisçisi var.

“Güllübulaq” MMC-də Fizuli Qəşəm oğlu Adıgözəlovun faktiki rəhbərliyi dövründə 10 milyon manatadək Cəmiyyətin pulunun mənimsəməsi Auditorlar Palatasının yoxlaması ilə aşkara çıxmışdır. Hal hazırda mənimsənilmiş vəsaitlə bağlı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət olunmuşdur və araşdırma aparılır.

Mətbuatda qeyd edilənlər tam əsassızdır. Çünki Fizuli Qəşəm oğlu Adıgözəlovun mətbuata müraciətinin məqsədi mənimsənilmiş pullarla bağlı yaranacaq məsuliyyətdən yaxa qurtarmaq, ictimayəti çaşdırmaq və şantaj xarekteri daşıyır ki, bununl bağlı da aidiyyəti hüquq mühafizə orqanlarına da əlavə məlumat ünvanlanacaqdır.

Sonda mətbuat nümayəndələrindən br daha xahiş edirik ki, həqiqəti əks etdirməyən məlumatları şirkətimiz ilə dəqiqləşdirmə aparmadan ictimailəşdirməsinlər. Əks təqdirdə bu tipli mətbuat orqanları barəsində də aidiyyəti orqanlara müraciətlər ünvanlanacaqdır”.

Qeyd edək ki, iddiaçı Füzulu Adıgözəlov ona məxsus MMC-yə buraxılmadığını deyir.

Gununsesi.info