İş adamının meyiti balıqçılar tərəfindən tapıldı: İlkin təsbitlərə görə…

  • By admin
  • 07 Yanvar 2024 09:52

Dekabrın 17-də Samos adasının sahillərində kişi cəsədinin tapılması ilə bağlı Yunanıstan rəsmiləri tərəfindən İNTERPOL-a məlumat çatdırılıb.

Gununsesi.info xəbər verir ki, bunun üzərinə Yasin Cinkayanın fotosu Samosdakı səlahiyyətlilərlə paylaşılıb və ilkin təsbitlərə görə onun cəsədinin Cinkayaya aid ola biləcəyi dəyərləndirilib.

İzmir Ədliyyə Tibb Qurumunda DNT nümunəsi götürülən Yasin Cinkayanın qardaşı Yavuz Çınkayanın cəsədin tanınması üçün bazar ertəsi Kuş adasından Samosa gedəcəyi öyrənilib.

Dənizli iş adamı Yasin Cinkayanın qayığı dekabrın 14-ü səhər saatlarında Eşek adası yaxınlığında balıqçılar tərəfindən tapılıb. Xəbər verildikdən sonra Sahil Təhlükəsizlik qrupları əraziyə gedərək, içərisində Cinkayanın telefonu və pul kisəsi kimi şəxsi əşyalarının olduğu qayığı sahilə çıxarıb. Dekabrın 13-də Didim rayonundan yola düşdüyü və son olaraq həmin gün saat 19:00 radələrində yaxınları ilə telefonla danışdığı bildirilən Cinkayanın axtarışına başlanılıb.

Gununsesi.info