

Oqtay Əsədov: “ Sökülən əmlakın pulu verilir”
“Baxırsan ki, bəzən mətbuatda xəbər gedir ki, sahibkarın oteli söküldü, əmlakının dəyəri ödənilmədi…Mülkiyyət məsələsi vacib məsələdir. Sahibkarın əmlakı məhkəmə qərarı olmadan, içindəki əşyalar çıxarılmadan sökülürsə, kim Azərbaycana sərmayə qoya bilər? Azərbaycanda media qurumları var ki, xəbərləri bir neçə dildə yayır”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin (MM) iclasında deputat Qüdrət Həsənquliyev deyib.
“Təbii ki, ölkəmizə sərmayə qoyan əcnəbilərdə ölkəmizlə maraqlananda bu xəbərləri əldə edirlər. Əgər mətbuatda belə xəbərlər yazılırsa, müvafiq dövlət qurumları buna reaksiya verməlidir. Əgər yalandırsa, bununla bağlı izahat verilməlidir. Yox, əgər doğrudursa, bunu edənlər cəzalandırılmaldıır”- deyə, o, bildirib.
Milli Məclisin (MM) sədri Oqtay Əsədov isə deputata sual verib:
“Əmlakı sökülən adamların mətbuatda çıxışı, məhkəməyə müraciət olubmu? Hamısını qəzetlər yazırlar. Sökülən əmlakın pulu verilir”.
Mürtəza
Gununsesi.info