“Biz yalnız iş yerlərinin sayına deyil, keyfiyyətinə də diqqət etməliyik”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
O qeyd edib ki, işsizlikdən sığorta üzrə daxilolmalar 149 milyon manat təşkil edib.
“Daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 16 faizədək artıb. Prezidentin təşəbbüsünə uyğun olaraq əmək bazarının leqallaşdırılması məqsədilə əmək haqqı üzrə islahatlar uğurla həyata keçirilməkdə davam edir. Nəticədə qeyri-neft-qaz özəl sektorunda 350 minədək yeni əmək müqavilələri bağlanıb ki, bu da islahat başlayan dövrdən pandemiya ili də daxil olmaqla ildə orta hesabla təxminən 70 min yeni rəsmi iş yerinin qeydə alınması deməkdir. Bu əmək bazarını tərk edən işçilərin sayını üstələyir və son tarixə qeyri neft, qaz, özəl sektorunda əmək müqavilələrinin payı 50 faizə çatmaqdadır”, – deyə Mikayıl Cabbarov vurğulayıb.
Gununsesi.info