
Qaradağ rayonu ərazisində yerləşən Qaz emalı zavodunda iş yoldaşları arasındakı zarafat ölümlə nəticələnib.
Bu barədə Gununsesi.info zavodda çalışan işçilərdən biri məlumat verib. Məlumat verən şəxs hadisəni törədən və hadisə zamanı ölən şəxsin adını bilmədiyini deyib. Sadəcə onu bildirib ki, zavodun həyətində çalışan işçilərdən biri tualetə gedib, digər iş yoldaşı onu qorxutmaq üçün zarafat etmək istəyib. Nəticə isə bədbəxt sonluqla nəticələnib. Belə ki, bayırda olan şəxs kiçik bir dəmir parçasını tualetin qapısına atır və hansı reaksiyanın olacağını gözləmədən hadisə yerindən uzaqlaşır. Tualetin qapısı plastik olduğundan dəmir parçası plastik qapını deşərək içəridə əyləşən şəxsin başına keçir. Tualetdə olan şəxs hadisə yerindəcə dünyasını dəyişir. Onun cəsədi isə bir gün sonra tualeti təmizləyən işçilər tərəfindən aşakr edilir. Məlumat verən şəxs onu da bildirib ki, zavod rəhbərliyi və polis hadisəni törədən şəxs axtarmağa başlayıb. Bundan sonra hadisəni törədən şəxs hadisəni eşidən kimi könüllü olaraq özü polisə gələrək, özünü təhvil edib. O sadəcə hadisəni qəsdən deyil, zarafat məqsədi ilə etdiyini dilə gətirib. O hadisənin belə sonluqla nəticələnəcəyini belə ağlına gətirməyib. Deyib ki, mən dəmir parçasını atandan sonra oradan uzaqlaşdım. Mən ağlıma gətirə bilməzdim ki, bu kiçik dəmir parçası palstiki dəlib içəri keçər.
Hadisə və hadisənin təfərrüatını, adları dəqiqləşdirmək üçün Qaradağ Rayon Polis İdarəsinin növbətçi hissə ilə əlaqə saxlasaq da, hadisədən məlumatsız olduqlarını bildridilər.
Gununsesi.info